04.11.2015
Gündəm
Qazaxıstan lokomotivləri Bakıya yola düşməyə hazırdır
“Lokomotiv Kürastıru Zautı” (LKZ) Səhmdar Cəmiyyətində istehsal edilən “Evolution” seriyasının beşinci nəsil TE33A lokomotivlərinin növbəti partiyası Bakıya göndərilməyə hazırdır. Cars-az xəbər verir ki, bu barədə “Kazakstan temir joli” Milli şirkət” Səhmdar Cəmiyyətin saytına istinadən bildirir. “LKZ” Səhmdar Cəmiyyətinin vitse-prezidenti Kanat Nuralının bildirdiyinə görə, Qazaxıstan müəssisəsi və “Azərbaycan Dəmir Yollar”ı arasında müqaviləyə əsasən, zavod hər il Bakıya iki lokomotiv yollamalıdır. “Müqavilənin müddəti 2016-cı ilin yanvar ayının sonuna qədərdir. Lokomotivlərin birinci partiyası bu ilin avqustunda çatdırılıb, ümumilikdə Bakıya 10 lokomotiv göndəriləcək”, - K.Nuralı əlavə edib.