Qatar relsdən çıxdı - 200 min litr sulfat turşusu ətrafa dağıldı

Qatar relsdən çıxdı - 200 min litr sulfat turşusu ətrafa dağıldı

Qatar relsdən çıxdı - 200 min litr sulfat turşusu ətrafa dağıldı

Avstraliyada təxminən 200 min litr sulfat turşusu daşıyan yük qatarı relsdən çıxaraq qəzaya uğrayıb. Qəza ölkənin şimal-şərqindəki Culiya Krek qəsəbəsinin yaxınlığında baş verib. 26 vaqonluq qatarın relsdən çıxmasının səbəbi hələ ki bilinmir. Hadisə zamanı 3 maşinist yüngül xəsarət alıb. Qəzadan sonra ətrafa dağılan sulfat turşusunun əraziyə ziyan vuracağı ilə bağlı narahatlıqlar var. Səlahiyyətlilər hadisə yerinə iki kilometrdən çox yaxınlaşmağı qadağan edib.

Dostlarınla paylaş


Şərhlər


Top