Qaradağda iki avtomobil toqquşub yandı

Qaradağda iki avtomobil toqquşub yandı

Bakıda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunda vətəndaşa məxsus "Mercedes" markalı yük avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub və az sonra yanğın başlayıb. Nəticədə "Mercedes" markalı minik avtomobilinin salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:43-də söndürülüb.

Dostlarınla paylaş


Şərhlər


Top