04.11.2015
Gündəm
Qapalı həbsxanada 20 telefon aşkar edildi
Qobustan həbsxanasında axtarış-baxış tədbirləri həyata keçirilib. Bu haqda Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi xəbər verib. Xidmət əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində Qobustan həbsxanasında 20 ədəd qanunsuz mobil telefon aparatı, onlara məxsus aksessuarlar, kəsici-deşici və digər qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.
Emin