04.11.2015
Gündəm
Qadın vitse-prezident avtomobil qəzasına düşdü
İranın vitse-prezidenti bu gün səhər saatlarında avtomobil qəzası keçirib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri, xanım Məsumə Ebtekar dərhal xəstəxanaya çatdırılıb. Onun çiynindən ciddi xəsarət aldığı və bu gün günortadan sonra əməliyyat olunacağı bildirilir.