30.11.2015
Gündəm
Polis yük maşınlarını saxaldı: iki general həbs olundu
Türkiyədə Milli Kəşfiyyat Təşkilatına aid yük maşınlarının Adana və Hatay vilayətlərində polis tərəfindən saxlanması ilə bağlı iki general həbs olunub.
Cars-az xəbər verir ki, 2014-cü ilin 1 və 19 yanvar tarixlərində Adana və Hatay vilayətlərində Türkiyə kəşfiyyatına aid TIR-ların saxlanması ilə bağlı yeni həbslər həyata keçirilib. Dünən prokurorluqda ifadə verən Ankara Regional Jandarmeriyasının komandanı, briqada generalı İbrahim Aydın, general-mayor Həmzə Celepoğlu və təqaüddə olan polkovnik Burhanəddin Cihangiroğlu haqqında həbs qətimkan tədbiri seçilib.
Həbs olunan hərbçilər casusluq, dövlət çevrilişinə cəhd və silahlı terror təşkilatı qurmaq və idarə etməkdə ittiham olunurlar.