11.11.2015
Gündəm
Polis avtomobil qaçıran şəxsi yaxalayıb
Bakıda polis avtomobil qaçıran şəxsi saxlayıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tutulan şəxs Bakı şəhər sakini Pərviz Xanzadədir. O, avqustun 4-də Zabil Hüseynova məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda ittiham olunur. P.Xanzadə Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Fidan