Pilotsuz uçuş aparatları müsadirə ediləcək - Qeydiyyatı olmayan

Pilotsuz uçuş aparatları müsadirə ediləcək - Qeydiyyatı olmayan

Pilotsuz uçuş aparatları müsadirə ediləcək - Qeydiyyatı olmayan

Türkiyə Mülki Aviasiya Baş Direktorluğu pilotsuz uçuş aparatlarının ölkə hava məkanında istifadə edilməsinə dair Əsasnamə hazırlayıb.

Сars-az xarici mətbuata istinadən xəbər verir ki, sənədə əsasən, ölkəyə gətiriləcək bütün pilotsuz uçuş aparatlarının elektron qeydiyyata alınması məcburi olacaq. Ölkə daxilində PUA sahibi olanlar da aparatları qeydiyyatdan keçirməlidir. Məqsəd bu tip aparatların qeyri-qanuni məqsədlər və pis niyyətlə istifadəsini əngəlləməkdir.

Qeydiyyatsız aparatların uçuşlarına icazə verilməyəcək və polis həmin aparatları müsadirə etmək hüququna malik olacaq.

Türkiyədə təxminən 4 min PUA olduğu bildirilir.

Dostlarınla paylaş


Şərhlər


Top