04.03.2016
Gündəm
Paytaxtın bağlı və tıxac olan yolları
NİİM-dən Сars-az-a verilən məlumata görə, hazırda paytaxtın Səməd Vurğun, Gülayə Qədirbəyova, Əziz Əliyev, Koroğlu Rəhimov küçələrində nəqliyyatın sıxlığı müşahidə olunur. Göstərilən istiqamətlər üzrə hərəkət edən sürücülər" bunu nəzərə almaları tövsiyə edilir.
Qeyd edək ki, hazırda Bakının 3 küçəsində yol tamamilə bağlıdır. Belə ki, Əziz Əliyev küçəsinin İçərişəhərin Qoşa Qala qapıları qarşısındakı hissəsi, eləcə artıq uzun müddətdir ki, Davud Aslan küçəsi yolda təmir işlərinin aparılması ilə əlaqədar, həmçinin Ceyhun Səlimov küçəsi Hərbi hospitalın qarşısından 3-cü mikrorayon dairəsi istiqamətində ərazidə yeni metro stansiyasının tikintisi ilə əlaqədar uzun müddətə bağlanıb.