Partlayışın hədəfi polis avtobusu olub

Partlayışın hədəfi polis avtobusu olub

İstanbulun Bayrampaşa rayonunda ötən axşam törədilən partlayışla bağlı təfərruatlar məlum olub. "Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə yerində aparılan araşdırma zamanı məlum olub ki, metro stansiyasının yaxınlığında yerləşdirilən partlayıcı qurğunun əsas hədəfi polis əməkdaşlarını daşıyan avtobus olub. Bomba polis avtobusu keçdikdən bir neçə saniyə sonra partlayıb.

Qeyd edək ki, partlayış nəticəsində bir nəfər xəsarət alıb.

Dostlarınla paylaş


Şərhlər


Top