Oğlu “avtoşluq” edən məmur işdən çıxarıldı

Oğlu “avtoşluq” edən məmur işdən çıxarıldı

Oğlu “avtoşluq” edən məmur işdən çıxarıldı

Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərov tutduğu vəzifədən azad edilib. Cars-az oxu.az-a istinadən xəbər verir ki, o, oğlunun avtoxuliqanlıq etməsi, polisə tabe olmamasından sonra vəzifəsini itirib. Xatırladaq ki, A.Səfərovun oğlu Ceyhun Səfərov bu ilin martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs edilib.

Dostlarınla paylaş


Şərhlər


Top