NİİM: Bakıda 20 saylı marşrut avtobusu işə salınır

NİİM: Bakıda 20 saylı marşrut avtobusu işə salınır

NİİM: Bakıda 20 saylı marşrut avtobusu işə salınır

Sərnişinlərin çoxsaylı xahişi nəzərə alınaraq oktyabrın 8-dən 20 saylı marşrut avtobusu fəaliyyətə başlayır. Cars-az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzindən (NİİM) bildirilib. Məlumata görə, marşrut avtobusunun hərəkət cədvəli “Qara Qarayev” metrostansiyası, Ziya Bünyadov prospektini keçməklə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qədər olacaq. “Əsas məqsəd sərnişindaşıma sahəsində sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi və eyni zamanda onların rahatlığını təmin etməkdir”, - deyə NİİM-dən qeyd ediblər.

Dostlarınla paylaş


Şərhlər


Top