04.11.2015
Gündəm
Nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - "Gül bayramı"
Paytaxtda keçiriləcək “Gül bayramı” ilə əlaqədar bəzi yerlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Cars-az xəbər verir ki, bu barədəNəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, paytaxtda keçiriləcək "Gül bayramı"na hazırlıq işləri ilə əlaqədar Bülbül prospektinin Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Heydər Əliyev sarayının qarşısı) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə edilir.
Emin