04.11.2015
Gündəm
Nəqliyyat Nazirliyində təcili toplantı keçirilir
Bu gün səhər saatlarından başlayaraq Nəqliyyat Nazirliyində iclas keçirilir. Cars-az baku.ws-ə istinadən xəbər verir ki, iclas təxminən bir saat əvvəl başlayıb. İclas nazirin müavini Musa Pənahov tərəfindən keçirilib. Çünki hələlik nəqliyyat naziri Ziya Məmmədovun məzuniyyətdən qayıtmadığı bildirilir. İclasda nazirliyin bağlanmış qurumları, orada çalışan işçilərin aqibəti və digər məsələlərin müzakirə olunacağı bildirilir. Xatırladaq ki, Ziya Məmmədov oktyabrı ayının 23-nə qədər məzuniyyətdədir.