Nardaranda jurnalistlərin maşınını daşa basıb sürücünü döydülər

Nardaranda jurnalistlərin maşınını daşa basıb sürücünü döydülər

Nardaranda jurnalistlərin maşınını daşa basıb sürücünü döydülər

Bakının Nardaran qəsəbəsində etiraz aksiyası keçirilir. “Report”un əməkdaşı xəbər verir ki, qəsəbəyə çəkilişə gələn “Azad Azərbaycan” Televiziyasının (ATV) avtomobilinin üzərinə bir neçə nəfər hücum edib. Avtomobil daşa basılıb, sürücüsü isə döyülüb. Bir neçə nəfər “Report” İnformasiya Agentliyinin avtomobilinə də hücum etmək istəyib. Lakin sürücü Müşfiq Novruzov ərazidən uzaqlaşa bilib.

Dostlarınla paylaş


Şərhlər


Top