Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Metropoliten işçiləri tətil keçirir
Metropoliten işçiləri tətil keçirir

Metropoliten işçiləri tətil keçirir

Londonda metropoliten işçiləri 24 saatlıq tətil elan ediblər. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, həmkarlar ittifaqı yenidən metropolitenin rəhbərliyi ilə razılığa gələ bilməyib. 24 saat ərzində Londonun bütün metro stansiyaları bağlı qalacaq. Metronun işləməməsi avtobus dayanacaqlarında uzun növbələrin yaranmasına səbəb olub. Bir çox sərnişinlər mənzil başına piyada getmək məcburiyyətində qalıblar.

Sentyabrın 12-dən etibarən Londonda bir neçə metro xətti sərnişinlərə gecə saatlarında da xidmət göstərəcək. Bununla əlaqədar həmkarlar ittifaqı təşkilatları işçilərin məvaciblərinin artırılmasını tələb edir. Bu, metropoliten işçilərinin iyul əvvəlindən sayca ikinci tətilidir.

Dostlarınla paylaş


Şərhlər


Top