05.02.2016
Gündəm
Metroda telefon oğurlayan şəxsi 1 il sonra tutdular
Bakı metrosunda ötən il baş vermiş oğurluğun üstü açılıb. Сars-az xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il fevralın 13-də Ləman Bədirbəylinin cibindən mobil telefon oğurlamış Bakı şəhər sakini Anar Dadaşov tutulub.
Dadaşovun əvvəllər məhkum olunduğu bildirilir.