01.12.2015
Gündəm
Metroda təhlükəsizlik gücləndirilib
Bakı Metropoliteninin bütün stansiyalarında ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir.
Cars-az xəbər verir ki bu barədə trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Belə ki, sərnişinlər metroya daxil olarkən çox ciddi yoxlanılırlar: "Bunlar təhlükəsizlik tədbirləri ilə bağlıdır. Bu prosesin nə vaxta kimi davam edəcəyinin konkret müddəti bilinmir. Tədbirlər metro stansiyalarının girişində sərnişin sıxlığı yaradır".