01.02.2016
Gündəm
Məşhur reperin avtomobilindən oğurluq olub
Abşeron rayonunun Masazır qəsəbəsində avtomobildən oğurluq olub. Abşeron Rayon Polis İdarəsindən “Report”a verilən məlumata görə, naməlum şəxslər Anar Rizvan oğlu Cəbiyevə məxsus avtomobilin şüşələrini qıraraq oradan 450 manat pul oğurlayıblar. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, zərərçəkmiş şəxs məşhur reper Anar Nağılbazdır.