04.11.2015
Gündəm
Maşını aşırdı, sərnişini öldü
Qəbələdə yol qəzası qeydə alınıb. Cars-az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 22-də saat 03 radələrində Qəbələ rayonunun Dızaxlı kəndində, rayon sakini Samir Şirinov idarə etdiyi "VAZ-21011" markalı avtomobili aşırıb.
Nəticədə onun sərnişinlərindən Dəyanət Şirinov hadisə yerində ölüb.
Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.