04.11.2015
Gündəm
“KİA”nı zorla əlindən aldılar
Bakıda quldurluq etmiş 2 nəfər polis tərəfindən saxlanılıb. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də Əli Qəribova məxsus “KİA” markalı avtomobili quldurluq yolu ilə almış Bakı şəhər sakinləri Səbuhi Qarayev və Ramin Məmmədov tutulub. Araşdırmalar davam etdirilir.
Fərid