04.11.2015
Gündəm
Keçmiş rəisin oğlu qəza törətdi - 2 ölü, 8 yaralı
Lənkəran-Astara yolunun üstündə yerləşən "Şah sarayı" restoranının qarşısında ağır qəza baş verib. Hadisə şahidlərinin Arqument.az-a verdiyi məlumata görə, "Mersedes" markalı avtomobillə «VAZ 2106» markalı avtomobilin toqquşması nəticəsində 10 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, ancaq 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Digər 8 nəfər şəxsin isə vəziyyəti ağırdır. Verilən məlumata görə, qəzaya səbəb olan "Mersedes" markalı avtomobilin sürücüsü Astara rayonunun keçmiş polis rəisinin oğludur.