Kanada Qran Prisinin qalibi: Luis Hemilton 

Kanada Qran Prisinin qalibi: Luis Hemilton 

Formula-1-də mövsümün 7-ci yarışı olan Kanada Qran Prisinə yekun vurulub.

Cars-az xəbər verir ki, "Mersedes" pilotu Luis Hemilton Monrealda yerləşən 4 361 m-lik Jil Vilnöv trasında keçirilən yarışın qalibi olub. Bir gün öncə sıralama turlarında polu ələ keçirən ingilis sonadək liderliyini qoruyub. Onun komanda yoldaşı Niko Rosberq ikinci, "Uilyams" pilotu Valtteri Bottas isə üçüncü olub.

Kanada Qran Prisi

1. Luis Hemilton ("Mersedes") - 1:31.53,145

2. Niko Rosberq ("Mersedes") - +2,285

3. Valtteri Bottas ("Uilyams") - +40,666

4. Kimi Raykkonen ("Ferrari") - +45,625

5. Sebastyan Fettel ("Ferrari") - +49,903

6. Felipe Massa ("Uilyams") - +56,381

7. Pastor Maldonado ("Lotus") - +1,06,664

8. Niko Hyulkenberq ("Fors-İndiya") - +1 dövrə

9. Daniil Kvyat ("Red Bull") - +1 dövrə

10. Romen Qrojan ("Lotus") - +1 dövrə

Yarışdan kənarda qalanlar: Roberto Meri ("Manor"), Censon Batton ("Maklaren"), Fernando Alonso ("Maklaren).

Aktivində 151 xalı olan Luis Hemilton sürücülərin sıralamasına başçılıq edir. Konstruktorların çempionatında isə "Mersedes"in böyük üstünlüyü var.

Dostlarınla paylaş


Şərhlər


Top