25.11.2015
Gündəm
Kamikadze prezident mühafizəçilərinin avtobusunu partlatdı
Tunisdə terrorçu-kamikadze prezident mühafizəçilərinin olduğu avtobusa yaxınlaşaraq özünü partladıb, nəticədə azı 11 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Sputnik”ə təhlükəsizlik qurumlarındakı mənbə bildirib. İnsident terror aktı kimi qiymətləndirilir. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.