09.01.2016
Gündəm
İstanbul-Bakı aviareysi təxirə salındı
İstanbul-Bakı aviareysi əlverişsiz hava şəraitinə görə təxirə salınıb. Cars-az-ın “Trend”-ə istinadən məlumatına görə, Türkiyədə bu gün ümumilikdə 31 aviareys təxirə salınıb. "Hurriyet" qəzetinin məlumatına əsasən, təxirə salınan aviareyslər arasında İstanbul-Brüssel, İstanbul- Batumi, İstanbul-Budapeşt və İstanbul-Napoli reysləri də var.