07.03.2016
Gündəm
İraqda benzindaşıyan maşın partladılıb: 60 ölü, 70 yaralı
İraqın Hillə şəhərində terrorçu-kamikadzenin benzindaşıyan maşını partlatması nəticəsində ən azı 60 nəfər həyatını itirib. Bu barədə yerli hakimiyyət orqanları nümayəndələrinə istinadən "Reuters" məlumat yayıb. Partlayış nəticəsində əksəriyyəti yanıq xəsarəti almaqla 70-dən çox insan yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
"Report"