12.12.2015
Gündəm
İmtahana gedən məktəblilər dəhşətli qəzaya düşdü: 11 ölü
Türkiyədə dəhşətli yol qəzası baş verib. Cars-az "Doğan" Xəbər Agentliyinə istinadən məlumat verir ki, Van vilayətinin Erciş qəsəbəsində yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 11 nəfər həyatını itirib. Saat 10:30 radələrində baş verən qəzada daha 6 nəfər ağır xəsarət alıb. Bildirilir ki, qəzada ölən və yaralananların hamısı mikroavtobusda olanlardır. Mikroavtobus Vanın Çaldıran rayonundan mərkəzə gəlirmiş və məktəbliləri imtahana aparırmış.