04.11.2015
Gündəm
İkimərtəbəli avtobus körpüyə çırpıldı, 7 nəfər yaralandı
Londonun cənubunda ikimərtəbəli avtobus körpüyə çırpılıb. Sky News telekanalının məlumatına görə, tavanı qırılıb düşən avtobusda olan 7 nəfər xəsarət alıb. Milli.az RİA Novosti-yə istinadən bildirir ki, hadisə dünən yerli vaxtla 21:15-də baş verib. Sürücü körpünün yanında quraşdırılmış, körpünün alçaq olması və ikimərtəbəli nəqliyyat vasitələri üçün hecablanmadığı barədə nişana məhəl qoymayıb və nəticədə avtobusun tavanını körpü qoparıb. Hadisə yerinə polis, xilasedicilər və tibb işçiləri gəliblər.
Yaralananların hamısının 2-ci mərtəbədə olduğu güman edilir. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib.