Həftənin ilk iş günü hava belə olacaq

Həftənin ilk iş günü hava belə olacaq

Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə Cars-az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12 dərəcə, gündüz 15-20 dərəcəisti olacağı gözlənilir.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top