27.12.2015
Gündəm
Hava nəqliyyatı ilə 1,7 milyon sərnişin daşınıb
2015-ci ilin yanvar-noyabr aylarında hava nəqliyyatı ilə 1,7 milyon və ya 2,2 faiz çox sərnişin daşınıb. Cars-az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AzərTac-a bildirilib ki, daşımaların 99,5 faizi dövlət, 0,5 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 2 faiz artaraq 115,3 min tona çatıb.