Güclü qar yağıb, yollarda böyük tıxaclar yaranıb

Güclü qar yağıb, yollarda böyük tıxaclar yaranıb

Güclü qar yağıb, yollarda böyük tıxaclar yaranıb

Yanvarın 12-dən etibarən intensiv yağmağa başlayan qarın hündürlüyü Moskvada 25 santimetrə çatıb. Сars-az xəbər verir ki, bu barədə apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, hidrometeoroloqlar gün ərzində Moskvaya yarım aylıq norma qar yağdığını bildiriblər. Güclü qar yanvarın 13-dən paytaxt yollarında uzunluğu on kilometrlərlə ölçülən tıxacların yaranmasına səbəb olub. Paytaxtda hazırda havanın temperaturu -1-3 dərəcə təşkil edir. Axşama doğru -5-6, gecə saatlarında isə -7-11 dərəcə şaxta olacağı gözlənilir. Moskvada avtomobil yolları 24 saat ərzində müntəzəm olaraq qardan təmizlənir. Bu işə 15 min texnika və 39 min nəfər canlı qüvvə cəlb olunub.

Dostlarınla paylaş


Şərhlər


Top