Göygöldə maşın suya düşdü, 3 nəfər boğulub öldü

Göygöldə maşın suya düşdü, 3 nəfər boğulub öldü

Göygöldə maşın suya düşdü, 3 nəfər boğulub öldü

Göygöldə üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 4-də axşam saatlarında qeydə alınıb. “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su anbarına düşüb. Qəza nəticəsində avtomobildə olan 3 nəfər boğularaq ölüb. Avtomobil və ölənlərin meyitləri sudan çıxarılıb.

Ölənlərdən biri 1981-ci il təvəllüdlü Pərviz Teymurovdur. Digər iki nəfərin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top