Gediş haqqı qalxmayacaq – Rəsmi

Gediş haqqı qalxmayacaq – Rəsmi

Nəqliyyat sektorunda hər hansı qiymət dəyişikliyi barədə heç bir müzakirə aparılmır. Hazırda bu bizim üçün aktual deyil. Dolların məzənnəsinin dəyişməsi yalnız dərmanların qiymətinə təsir göstərəcək. Cars-az xəbər verir ki, bu barədə axar.az-a Tarif Şurasının mətbuat katibi Abbas Əliyev məzənnə dəyişikliyinin nəqliyyat sektorunda qiymətlərə təsirindən danışarkən deyib. O, bu mövzuda Şura tərəfindən heç bir müzakirənin aparılmadığını bildirib.

BakuBus MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova da şirkətə məxsus marşrut avtobuslarında gediş haqlarının artırılmasının nəzərdə tutulmadığını bildirib: “Bununla bağlı Tarif Şurasına müraciət etməmişik”.

Qurum rəsmisi həmçinin qeyd edib ki, “BakuBus”a məxsus marşrut xətlərində süni qiymət artımı mümkünsüzdür: “Çünki ödəmə "Bakı kart"la aparılır. Odur ki, sərnişinlər rahat şəkildə avtobuslarımızdan istifadə edə bilərlər”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə dekabrın 21-dən etibarən dollar üzən məzənnə rejiminə keçib.

Dostlarınla paylaş


Şərhlər


Top