Ermənistanın hava nəqliyyatı çökür; «Air Armeniya» müflisləşdi

Ermənistanın hava nəqliyyatı çökür; «Air Armeniya» müflisləşdi

Ermənistanın hava nəqliyyatı çökür; «Air Armeniya» müflisləşdi

Ermənistanın "Qraparak" qəzeti "Air Armenia" şirkətinin maliyyə problemlərinin hələ də həll etməyə müvəffəq olmadığını və bu şirkətin artıq müflisləşdiyini yazıb. Avtosfer,az-ın anspress-ə istinadən məlumatına görə, qəzet bildirir ki, ölkədəki dərinləşən iqtisadi böhran nəticəsində "Air Armenia" aviaşirkəti keçən ilin sonunda bütün reysləri dayandırıb. Şirkətin rəhbərliyi reyslərin ötən il dekabrın 20-dən etibarən bərpa olunacağı sözünü versə də, bu, baş tutmadı. Sonra elan edildi ki, təyyarə uçuşlarına bu ilin martında başlanacaq.

"Qraparak" şirkəti ictimaiyyəti yalan məlumatlarla aldatdığını vurğulayaraq yazır: "Mart ayı gəldi, lakin indi bu barədə heç nə deyilmir və məlum deyil, aviaşirkət gələcəkdə işləyəcək, ya yox. Aviaşirkətdə ciddi maliyyə problemləri var, hansı ki, həll etmək mümkün deyil."

Dostlarınla paylaş


Şərhlər


Top