Ərdoğan görüşə qolf maşınıyla gəldi

Ərdoğan görüşə qolf maşınıyla gəldi

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Antaliyada sabah keçiriləcək “G20” Liderlər Sammitində iştirak etmək üçün gələn CAR prezidenti Jacob Zuma ilə görüşüb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan görüşə “buggy” adlandırılan qolf maşını ilə gəlib. Prezidentə maliyyə naziri Mehmet Şimşək və prezident köməkçisi İbrahim Qalın yoldaşlıq edib.

Dostlarınla paylaş


Şərhlər


Top