Əmisi oğlunun avtomobilini oğurladı

Əmisi oğlunun avtomobilini oğurladı

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Сars-az teleqraf.com-a istinadən bildirir ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Bakı şəhər sakini Rauf Şahmalıyevə məxsus "VAZ-2109" markalı avtomobili qaçırmış əmisi oğlu, Zaqatala rayon sakini Camaləddin Şahmalıyev saxlanılıb.

Avtomobil paytaxtın Nəsimi rayonu ərazisində tapılıb.

Dostlarınla paylaş


Şərhlər


Top