Ələt limanında sıxlıq davam edir
Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyalar səbəbi ilə Azərbaycandan keçməklə Qazaxıstana getmək istəyən 160 dan çox yük maşınının sürücüsü bir neçə gündürki, Ələt limanında gözləyir. Belə yük maşınlarının bir hissəsi bu gün 2 bərə vasitəsi ilə göndərilsədə ərazidə sıxlıq davam edir. Yük maşınlarının sayı isə sürətlə artır. Belə sürücülərin əsas sıxıntısı isə müvəqqəti qeydiyyatla bağlıdır. Beləki türk vətəndaşları ölkəmzdə 10 gündən çox qaldıqda hansısa ünvana müvəqqəti qeydiyyat düşməlidilər. Ələt qəsəbəsindən şəhərə 100 km-ə yaxın yol olduğuna görə sürücülər çətinlik çəkir, üstəlik bu sürücülər müvəqqəti qeydiyyat üçündə ünvan tapa bilmirlər.
Tikilməkdə olan Bakı beynəlxalq dəniz limanı hələ tam hazır olmadıqına görə bu sürücülər üçün rahat şəraitdə hələki yoxdur. Məsələ ilə bağlı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən isə bildirdilər ki, sıxlıqın aradan qaldırılması üçün 5 bərə ayrılsada Qazaxıstan tərəfi bu gəmiləri qəbul edə bilmir. Bakı Dəniz Ticarət Limanından isə bildirilir ki, hal-hazırda liman ərazisində gözlüyən sürücülər üçün daha rahat şəraitin yaradılması üçün iş aparılır.