Ələt limanında 175 tır ilişib

Ələt limanında 175 tır ilişib

Ələt dəniz limanında yük maşınlarının sıxlığı yaranıb. Limanda 175 tır Aktaulimanı istiqamətində hərəkət etmək üçün bərəyə yüklənmə növbəsi gözləyir. Bu vəziyyət ötən həftə Xəzər dənizində əlverişsiz hava şəraitinə görə Bakıdanbərə əlaqəsinin dayandırılması ilə bağlıdır. Tırların dəniz üzərindən daşınması üçün nəzərdə tutulan bərələrin sayı 3 ədəddir (hər bərə 28 tır tutumuna malikdir – red.). Hazırda iki bərə “Aktau” limanı yaxınlığındadır, biri isə ötən gün yüklənib və Qazaxıstanagöndərilib. Bərənin bir limandan digərinə çatma müddəti hava şəraitindən asılı olaraq 18-23 saat təşkil edir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələrinin və Ələt gömrük postunun məlumatına görə, limanda sıxlığa səbəb Türkiyədən gələn tırların Rusiya ərazisindən keçməsinə tətbiq edilən qadağadır. Buna görə də tırlar Türkiyə– Gürcüstan–Azərbaycan–Qazaxıstan marşrutu ilə hərəkət edirlər.

Dostlarınla paylaş


Şərhlər


Top