04.11.2015
Gündəm
Dünya xeyirxah taksi sürücüsünün əməlini alqışlayır
İspaniyalı taksi sürücüsü turistə içərisində 7200 dollar pul olan çantanı qaytarıb.
Cars-az oxu.az-a istinadən xəbər verir ki, Fransisko adlı taksi sürücüsü 900 avro qazanır, arvadı və qızı ilə iki otaqlı mənzildə Malaqada yaşayır.
“Bu mənə lazım deyil, axı bu mənim deyil”, - Fransisko öz tapıntısı haqqında danışıb.
Taksi sürücüsü turistə çantasını qaytarmaq üçün onu bir neçə gün axtarıb. Çantada puldan başqa pasport, bahalı fotoaparat, planşet və saat da olub.