04.11.2015
Gündəm
Dəhşətli yol qəzası: 9 ölü
Qazaxıstanın Talqar şəhəri yaxınlığında minik avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində 9 nəfər ölüb, 2 nəfər xəstəxanaya yerləşdirilib. Yol qəzası dünən təqribən səhər saat 04:00-da baş verib. Minik avtomobilinin sürücüsü qaydanı pozaraq salonda 9 nəfər sərnişin daşıyıb. Ölənlərin hamısı minik avtomobilinin sərnişinləri və sürücüsü olub.
Faktla bağlı araşdıəma aparılır.
trend