Dəhşətli qəzada yanan sürücünün nəvəsi də öldü

Dəhşətli qəzada yanan sürücünün nəvəsi də öldü

Dəhşətli qəzada yanan sürücünün nəvəsi də öldü

Bakının Sabunçu rayonunda baş verən yol qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib. Məlumata görə, qəzada yaralanan 11 yaşlı Hüseyn Hüseynov aldığı xəsarətlərdən xəstəxanada keçinib. Qəza zamanı yaralanan daha iki azyaşlının müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, Bakı şəhərinin Sabunçu rayonunda vətəndaşlara məxsus “Lexus”, “Land Rover” və ZAZ markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Kamil oğluna məxsus «ZAZ» markalı minik avtomobilinin yanar hissələri yanıb və sürücü A.Hüseynov yanıq xəsarətləri ilə hadisə yerində ölüb. Xəstəxanada dünyasını dəyişən 11 yaşlı Hüseyn isə sürücü Ağabala Hüseynovun nəvəsidir.

Dostlarınla paylaş


Şərhlər


Top