Daha bir nəfər özünü körpüdən atdı

Daha bir nəfər özünü körpüdən atdı

Bakıda 28 yaşlı kişi özünü körpüdən atıb. Cars-az xəbər verir ki, hadisə Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində baş verib. General Şıxlınski küçəsində qeydiyyatda olmaqla yaşayan 1987-ci il təvəllüdlü Rauf Novruzov özünü körpüdən atıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır. 28 yaşlı R.Novruzovun hansı səbəbdən həyatına qəsd etmək istəməsi məlum deyil.

Dostlarınla paylaş


Şərhlər


Top