03.12.2015
Gündəm
Daha bir aviaşirkət Bakıya uçuşları dayandırır
Avstriyanın Hava Yolları şirkəti “Austrian Airlines” Bakıya uçuşları dayandırır. Cars-az anstv-yə məlumatına görə, bu barədə “Austrian Airlines”ın Bakı nümayəndəliyindən bildirilib. İndiyədək adı çəkilən şirkət Bakı -Vyana reysləri həyata keçirirdi.
Şirkətdən bildirilib ki, reyslərin dayandırılmasına səbəb tələbatın aşağı düşməsi və sərnişinlərin sayının azalmasıdır.
Şirkətdən onu da qeyd ediblər ki, Vyanaya reyslər 2016-cı ilin yanvarın 12-dən etibarən dayandırılır. Sərnişinlərə isə alternativ variantlar təklif olunacaq.
Şirkət eyni zamanda yaranmış narahatlığa görə, sərnişinlərindən üzr də istəyib.