14.01.2016
Gündəm
Cavid Qurbanov Ziya Məmmədovun qardaşını işdən çıxartdı
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədov işdən çıxarılıb. İ.Məmmədov Ucar regional dəmir yolu yanacaq təchizatı idarəsinin rəisi işləyirdi. Сars-az xəbər verir ki, bu barədə rayondakı mənbələrdən azadliq.info-ya verilən məlumata görə, İ.Məmmədov yanvarın 13-də “Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanovun əmri ilə tutduğu vəzifədən azad edilib.