04.11.2015
Gündəm
Canlı yayımda qarət YouTube-da hit oldu
Argentinada velosipedçinin şleminə bərkidilmiş kamerayla çəkilərək YouTube-da yerləşdirilən video səkkiz milyon baxış toplayıb.
Cars-az oxu.az-a istinadən xəbər verir ki, idmançı şleminə bərkidilmiş kamera ilə öz velo-gəzintisini çəkirmiş.
Ona motosiklet yaxınlaşır, cinayətkar onu silahla hədələyərək pulları verməyini tələb edir. Qorxmuş idmançı velosipedini ataraq qaçır. Cinayətkardan yaxa qurtarmağa ona yaxınlıqda velosiped sürən digər velosipedçilər yardım ediblər.
Hadisənin şahidləri oğlanın velosipedini qaytarıblar, amma polis çağırmayıblar.