04.11.2015
Gündəm
Bütün nəqliyyat vasitələrində vahid kart sistemi tətbiq ediləcək
Bakıda bütün nəqliyyat vasitələrinə tətbiq edilən vahid kart sistemi, dəmiryol nəqliyyatında da tətbiq ediləcək. Cars-az-ın məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib. C.Qurbanov bildirib ki, yeni ödəmə kartları, Bakı metrosunda, avtobus və digər nəqliyyat vasitələrində istifadə ediləcək. C.Qurbanov onu da bildirib ki, Bakı metropoliteninin bərpası çərçivəsində köhnə platformaların bərpası yeni turniketlərin quraşdırılması istiqamətində işlər görülür.