21.03.2016
Gündəm
Bu taksi şəhid ailələri üçün pulsuzdur
Türkiyənin Aksaray şəhərində yaşayan Ali Sevğiç adlı taksici şəhid ailələrinə pulsuz xidmət göstərir. Сars-az xəbər verir ki, bu barədə məlumat “Hürriyet” qəzetində yer alıb.
Xəbər verilir ki, taksiçi avtomobilinin arxasına “Vətənin keşiyində durarkən şəhid olan polis və əsgərlərin ailələrinə pulsuzdur” sözlərini yazıb.
A.Sevğiç bildirib ki, ömrünün sonuna kimi şəhid ailələrinə xidmət edəcək: “Biz də terrora reaksiyamızı belə göstərəcəyik. Allah şəhidlərimizin ruhunu şad etsin”.