25.01.2016
Gündəm
Bu sənədlər «Baku Bus»un avtobuslarından tapılıb
«Baku Bus» şirkətinin avtobuslarında itən əşyalar və sənədlər sosial şəbəkələrdə yayılıb. Şirkətin mətbuat katibi Nuridə Allahyarovanın paylaşdığı fotolardan aydın olur ki, avtobuslardan tapılan sənədlər arasında xidməti vəsiqə, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, VÖEN və pul qabı var. N.Allahyarova yazıb: «Avtobuslarımızda vətəndaşlara məxsus sənədlər və əşyalar tapılıb. Xahiş edirəm postdakıları tanıyanlar yaysınlar. Portmanenin içində pul da var».
Fərid