22.01.2016
Gündəm
Bu prospektlərdən keçməyin - TIXAC
Bakının bəzi küçələrində tıxac müşahidə olunur. Сars-az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hazırda Xudu Məmmədov, Zərifə Əliyeva, Sadıqcan- Məhəmməd Hadi küçələrində, Azadlıq, Neftçilər, Bülbül prospektlərində avtomobillərin hərəkətində məhdudiyyət var.
Asfalt örtüyünün yenilənməsi və təmir işləri ilə əlaqədar Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın yaxınlığı, Neftçilər prospektinin R. Rza küçəsi ilə kəsişməsi, Alfred Nobel – K. Kərimov küçəsi, Davud Aslan küçəsi Heydər Əliyev prospokti istiqamətində, Əziz Əliyev küçəsi (Qoşa Qala qapısı) istiqamətində avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.