25.11.2015
Gündəm
Bu 5 küçə təmirə bağlanıb – SİYAHI
Bakının əksər küçələrində güclü tıxac var. Cars-az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hazırda Şah İsmayıl Xətai, Akademik Həsən Əliyev, İnşaatçılar, Molla Pənah Vaqif küçələri, Fətəli Xan Xoyski və Azadlıq prospektində avtomobillərin hərəkətində məhdudiyyət var. Asfalt örtüyünün yenilənməsi və təmir işləri ilə əlaqədar Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın yaxınlığı, Ramiz Quliyev küçəsi-Nobel prospektinin kəsişməsi, Səttar Bəhlulzadə küçəsinin M.K.Atatürk prospekti ilə kəsişməsi, Xudu Məmmədov küçəsi və Əfzələddin Xaqani küçəsində avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.